İllər gedər, Sənət qalar, Yurd FM - Dəyərlər yaşadar.
Yurd FM — Yurd FM radiosu, 18 noyabr 2022-ci ildən Bakı şəhərində yayıma başlayıb.
Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir. Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunur. Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə tövhə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.
Yalnız Milli Musiqi
Yurd FM radiosu, Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisi formatında fəaliyyət göstərir.
90.7 FM
Bakı və Abşeronda 90.7 FM, 2024-cü ilin birinci yarısından etibarən Azərbaycanın bölgələrində 87,7 / 88,7 / 91,7 / 91,8 / 92,6 / 93,7 / 93,9 / 94,9 / 95,8 / 96,0 FM tezlikllərində fasiləsiz olaraq 24 saat yayımlanır.
Dünya Miqyasında
İnternet yayımımız sayəsində dünyanın hər nöqtəsindən bizi dinləyə bilərsiniz.